Search
Blog Banner

Hansı maşına hansı yağ?

Niyə düzgün mühərrik yağı seçimi bu qədər vacibdir?

Avtomobilin mühərriki — onun əsas komponenti və ürəyidir. Bu “ürəyin” sağlam qalması üçün mühərrik yağı həyati əhəmiyyət daşıyır. Düzgün yağ seçimi mühərrikin uzunömürlülüyünü artırır, yanacaq sərfiyyatını azaldır və sürüş keyfiyyətini yüksəldir. Amma bəzən səhv seçimlər bizə baha başa gələ bilər. Yanlış yağ istifadəsi zamanı maşının mühərrikinin həddindən artıq isinməsi, hissələrin yeyilməsi və hətta ciddi zədələnmələrlə nəticələnə bilər.

2025-ci ildə avtomobillər daha güclü, lakin daha həssas mühərrik texnologiyalarına sahibdir. Buna görə də, hər bir modelin özünəxas yağ tələbi var. İndi isə gəlin bu məsələni addım-addım aydınlaşdıraq.

Mühərrik yağının əsas funksiyaları və önəmi

Sürtünmənin azaldılması və mühərrikin qorunması

Yağ, mühərrikin metal hissələri arasında nazik bir təbəqə yaradaraq sürtünməni azaldır. Bu, mühərrikin daha səssiz işləməsinə və aşınmanın qarşısının alınmasına kömək edir.

İstilik yayılması və mühərrikin soyumasına təsiri

Mühərrik işləyərkən çox yüksək temperatur yaranır. Yağ bu istiliyi yayaraq mühərrikin həddən artıq isinməsinin qarşısını alır.

Yağın mühərrik hissələrini təmizləməsi və paslanmadan qoruması

Keyfiyyətli yağ tərkibində olan əlavələr sayəsində çöküntüləri təmizləyir və metal səthlərdə paslanmanın qarşısını alır.

Mator yağının növləri: Hansı nə vaxt istifadə olunur?

Mineral yağlar

Təbii xammaldan hazırlanır, ucuzdur, lakin qısaömürlüdür. Əsasən köhnə mühərriklərə sahib avtomobillərdə istifadə olunur.

Yarım sintetik yağlar

Mineral və sintetik yağların qarışığıdır. Əlverişli qiymət və orta səviyyədə qoruma təmin edir. Orta seqmentdə bir performans gözləyirsinizsə, bu sizin seçiminiz ola bilər

Tam sintetik yağlar

Ən yüksək keyfiyyətli və texnoloji yağ növüdür. Yeni və güclü mühərriklər üçün idealdır. Soyuq havalarda daha yaxşı performans göstərir.

Mühərrik yağlarında Viskozite (SAE dərəcəsi) nə deməkdir və necə seçilməlidir?

Bu söz sizə qəribə gələ bilər. Gəlin bunun izahına baxaq. Viskozite — yağın “qatılığı” və ya axıcılıq qabiliyyətidir.

Məsələn, 5W-30 etiketi belə oxunur:

5W – qışda (Winter) yağın axıcılığını göstərir.

30 – isti temperaturda yağın qalınlığını bildirir.

İsti iqlimlərdə 10W-40 və ya 15W-50 kimi yağlar, soyuq iqlimlərdə isə 0W-20 və 5W-30 daha uyğundur.

Yeni və köhnə mühərriklər üçün fərqli avtomobil yağı tələbləri

Yeni mühərriklər üçün aşağı viskozitəli yağlar tövsiyə olunur (məsələn 0W-20).

Köhnə mühərriklərdə isə qalın yağlar (10W-40 və ya 15W-50) daha çox qoruma təmin edir, çünki daxili hissələrdə boşluqlar artır.

Yağ dəyişmə intervalları və qulluq məsləhətləri

Əksər avtomobillər üçün mühərrik yağı dəyişimi hər 8,000 – 10,000 km-dən bir olaraq tövsiyyə edilir. Lakin bu bəzi məqamlarda dəyişiklik göstərə bilər. Məsələn, sintetik yağlar 12,000 km-ə qədər davam gətirə bilər. Yağ filtrini isə hər dəyişmə zamanı yeniləmək vacibdir.

Motor yağlarını haradan seçərək almaq olar? 

Avtomobil brendlərinin sayı, növü çox olduğu kimi, mühərrik yağlarının da növləri və müxtəlif brendləri var. Avtomobilinizin mühərrikini hansı yağa etibar etməli olduğunuzu bir mütəxəssislə məsləhətləşdikdən sonra öyrənmək daha yaxşıdır. Amma sifariş üçün uzun-uzadı axtarış etməyə ehtiyac yoxdur. Maşın.az olaraq sizə müxtəlif mağazaları və məhsulları bir arada topladıq. İndi bu linkə keçid edərək avtomobiliniz üçün istədiyiniz motor yağlarını sifariş edə bilərsiniz. 





0
Əsas səhifə
Seçilmišlər