Search
Blog Banner

Miqalka nədir?

Sürücülərin "miqalka" adlandırdığı detal şüşəsilən qolu və onun silici rezinidir. Sadə görünsə də, yağışlı havada görmə məsafəsini məhz miqalka müəyyən edir — təhlükəsizlik detalı sayılır.

Növləri

Üç əsas növ var: karkaslı (metal skeletli, klassik), karkassız (banan tipli, müasir maşınlarda) və hibrid. Qış üçün ayrıca qoruyucu örtüklü modellər də olur. Hər avtomobilin sürücü və sərnişin tərəfi üçün ölçülər adətən fərqlidir — millimetrlə ölçülür.

Nə vaxt dəyişilməlidir?

Şüşədə zolaqlar qalırsa, silmə zamanı cırıltı gəlirsə və ya rezin kənarları saçaqlanıbsa — vaxt çatıb. Orta hesabla rezinlər 6–12 ay xidmət edir; günəş altında parklanan maşınlarda daha tez qocalır. Quru şüşədə işlətmək rezini sürətlə yeyir.

Seçim

Ölçünü mövcud miqalkanı ölçməklə və ya modelə görə kataloqdan tapmaq olar. Maşın.az-ın Ehtiyat hissələri bölməsində aksesuar və silənlər üçün elanlara baxa bilərsiniz.


0
Əsas səhifə
Seçilmişlər