Podşipnik — fırlanan valların və qovşaqların sürtünməsini minimuma endirən dayaq detalıdır. Avtomobildə onlarla podşipnik işləyir: stupsalarda, generatorda, kondisioner kompressorunda, sürətlər qutusunda, natyajitel diyircəklərində və s.
Podşipnikin qurtarmasının universal əlaməti uğultu və ya cırıltı səsidir. Stupsa podşipniki sürətlə birlikdə güclənən uğultu verir; generatorun və diyircəklərin podşipnikləri isə mühərrik işləyəndə nazik cırıltı ilə özünü göstərir. Yağlamanın qurtarması, toz-su keçməsi və təbii yeyilmə əsas səbəblərdir.
Pərçimlənən podşipnik qayışı qıra, generatoru sıradan çıxara və ya təkərin bloklanmasına səbəb ola bilər. Səs eşidilən kimi mənbəyini tapıb dəyişmək həm ucuz, həm təhlükəsizdir.
Podşipniklər ölçü standartı və OEM kodu ilə seçilir. Maşın.az-ın Podşipnik bölməsində real stokda olan podşipniklər OEM kodları və qiymətləri ilə təqdim olunub.
Telefon və ya e-poçt ilə daxil olun
Davam etməklə, avtomatik qeydiyyat və ya giriş edəcəksiniz
Göndərilən təsdiq kodunu daxil edin