Sürücülər arasında "qranat" adı ilə tanınan detal texniki ədəbiyyatda ŞRUS — bərabər bucaqlı sürətlər oynağı adlanır. Qranat mühərrikin gücünü sürətlər qutusundan təkərlərə ötürür və eyni zamanda təkərin döngələrdə bucaq dəyişməsinə imkan verir. Ön ötürücülü avtomobillərdə hər iki tərəfdə xarici və daxili olmaqla adətən dörd qranat olur.
Ən tanış əlamət sükanı sona qədər burub hərəkət edərkən gələn tıqqıltı — "trak-trak" səsidir. Bundan əlavə qaz verəndə vibrasiya, düz yolda cırıltı və qoruyucu rezin çexolun (pılnik) yağ sızdırması da qranatın yeyilməsindən xəbər verir. Çexol cırılıbsa, içəriyə toz və su dolur — belə qranat qısa müddətdə sıradan çıxır.
Tam sıradan çıxmış qranat hərəkət zamanı qırıla bilər — bu halda avtomobil ötürücülüyünü itirir və yerindən tərpənmir. Döngədə qırılarsa, idarəetmənin itməsi riski də var. Ona görə ilk səslərdə diaqnostikadan keçmək daha ucuz başa gəlir.
Qranatın qiyməti markadan və istehsalçıdan asılı olaraq dəyişir; analoq istehsalçılarda münasib, orijinalda isə daha baha olur. Alarkən OEM koduna görə seçmək ən dəqiq yoldur — kod uyğun gəlirsə, detal maşınınıza mütləq oturacaq.
Real stokda olan qranatlara qiymətləri ilə birlikdə Maşın.az-ın Qranat bölməsində baxa bilərsiniz — hər elanda OEM kod və uyğun kodlar göstərilib.
Telefon və ya e-poçt ilə daxil olun
Davam etməklə, avtomatik qeydiyyat və ya giriş edəcəksiniz
Göndərilən təsdiq kodunu daxil edin