Search
Blog Banner

Termostat nədir?

Avtomobildə termostat nədir? Mühərrikin temperaturunu idarə edən qəhrəman

Sürücülərlə yanaşı, hətta avtomobil həvəskarı olmayan şəxslər də bilir ki, avtomobil mühərrikinin düzgün işləməyini istəyiriksə, buna görə mühərrik müəyyən temperatur diapazonunda olmalıdır. Mühərrik çox soyuq olanda yanacaq tam yanmır, çox qızanda isə zədələnmə riski yaranır. Bu balansı qoruyan əsas hissələrdən biri termostatdır.

Avtomobildə termostat nədir və nə iş görür?

Yəqin ki, bu ehtiyat hissəsini maşınla maraqlanan hər kəs eşidib. Amma nə olduğunu və nə işə yaradığını hər kəs dəqiq bilmir. Termostat, avtomobilin soyutma sistemində mühərrikin istiliyini optimal səviyyədə saxlamaq üçün istifadə olunan avtomatik klapan tipli cihazdır. Onun əsas vəzifəsi antifriz axınını idarə etməkdir. Mühərrik soyuyanda termostat bağlanır və antifrizin radiatora getməsinə icazə vermir. Temperatur müəyyən səviyyəyə (adətən 85–95°C) çatdıqda isə açılır, beləliklə isti antifriz radiator vasitəsilə soyudulur.

Termostatın avtomobildə rolu

Mühərrik avtomobilin ən vacib hissəsidir desək yanılmarıq. Ona görə onun tempraturunu normada saxlayan detal həmişə saz vəziyyətdə olmalıdır. Termostatın düzgün işləməsi sayəsində:

Mühərrik tez qızır, yanacaq sərfiyyatı azalır;

Soyutma sistemi sabit işləyir;

Həddindən artıq istilik və zərər riski azalır;

Mühərrikin ümumi ömrü uzanır.

Sadə dillə desək, termostat mühərrikin temperatur meneceridir. Orada olan tempratura görə o məsuliyyət daşıyır.

Avtomobil termostatının iş prinsipi

Termostatın daxilində mum və ya maye ilə dolu kapsul yerləşir. Temperatur artdıqda bu maye genişlənir və klapanı açır. Temperatur aşağı düşdükdə isə maye sıxılır və klapan bağlanır.

Soyutma dövranının mərhələləri

Soyuq mühərrik: Termostat bağlıdır, antifriz yalnız mühərrik blokunda dövr edir.

İstilik artır: Mum istilənir, klapan tədricən açılır.

İsti mühərrik: Klapan tam açılır, antifriz radiatora yönləndirilir və soyudulur.

Bu sadə, amma ağıllı mexanizm mühərrikin sabit işləmə istiliyini (90°C ətrafı) qoruyur.

Termostatların əsas hissələri və quruluşu

Avtomobildə hər hissənin özünün işi olduğu kimi, termostatın da öz hissələri ayrı-ayrı işləri görürlər. Gəlin bu hissələrin quruluşunun necə olduğuna nəzər salaq.

Korpus: Metal və ya alüminiumdan hazırlanır.

Valf: Antifriz axınını idarə edir.

Yay: Valfın hərəkətini sabit saxlayır.

Mum kapsulu: Temperatur dəyişikliyinə cavab verən əsas hissə.

Conta: Sızmanı önləyir.

Termostatın növləri

Mexaniki termostatlar

Ən geniş yayılmış növdür. Sadə, etibarlı və ucuzdur. Temperatur müəyyən səviyyəyə çatdıqda mum genişlənir və valfı açır.

Elektron termostatlar

Yeni nəsil avtomobillərdə istifadə olunur. Onlar elektron idarəetmə bloku (ECU) ilə əlaqəlidir və mühərrikin yüklənməsi, hava temperaturu və yanacaq növünə görə açılıb-bağlanma dərəcəsini tənzimləyir.

Bu, yanacağa qənaət və ekoloji təmiz emissiya üçün idealdır.

Termostatlarınızın işləməməsinin əlamətləri

Termostat nasaz olduqda avtomobilin davranışı dərhal dəyişir.

Termostat açıq vəziyyətdə ilişəndə bu kimi hallar baş verir:

Mühərrik gec qızır;

Salon istiliyi zəif olur;

Yanacaq sərfiyyatı artır.

Termostat qapalı vəziyyətdə ilişəndə isə bu əlamətləri görə bilərsiniz:

Mühərrik sürətlə qızır;

Radiator qaynar olur;

Antifriz daşma və mühərrik zədələnməsi riski yaranır.

Termostatlarda nasazlığının səbəbləri

Bu hissələrin düzgün işləməməsinin əsas səbəbləri belə ola bilər:

Zəif keyfiyyətli antifriz;

Korroziya və paslanma;

Soyutma sisteminin çirklənməsi;

Mexaniki zərbələr və yaşlanma.

Termostatı necə yoxlayırlar?

Qaynar su ilə test üsulu

Termostatı çıxarın, bir qaba qoyun və qaynar suya salın. Su 90°C-yə çatanda klapan açılmalıdır. Açılmırsa — termostat nasazdır.

OBD skaner ilə diaqnostika

Elektron termostatlarda nasazlıq kodları (P0128 və s.) OBD cihazı ilə oxunur. Bu, dəqiq və tez üsuldur.

Dəyişmə intervalları və ehtiyat hissə seçimi

Orta hesabla hər 80–100 min km-də avtomobilin termostatınının vəziyyətini yoxlamaq tövsiyə olunur. Belə olduqda həm tez müdaxilə edərək mühərriki qoruya, həm də maşının ümumi performansını balansda saxlaya bilərsiniz.

Avtomobiliniz üçün termostat lazımdırsa, bu linkə klikləyərək saytımızın ehtiyat hissələri bölməsinə keçid edə və müxtəlif mağazalarda olan məhsulları görə bilərsiniz.





0
Əsas səhifə
Seçilmišlər