Antifriz avtomobillərin etibarlı çalışa bilməsi üçün çox vacib komponentlərdən biridir. Bəs antifriz nədir və necə işləyir? Bu bloqda antifrizin nə olduğunu, nə üçün istifadə edildiyini və mühərrikin qorunmasında hansı rola sahib olduğunu izah edəcəyik.
Antifriz maşının mühərrikini həm donmadan, həm də həddindən artıq qızmadan qoruyan xüsusi texniki mayedir. Soyutma sistemi boyunca dövr edən antifriz, mühərrikin temperaturunu balansda saxlayır və avtomobilin normal işləməsini təmin edir. Mühərrikdə tempraturun normal qaydada saxlanılması da təbii ki, ümumi performans üçün çox önəmlidir. O su ilə qarışdırıldıqda mühərrikin içində istiliyi tənzimləyən dövriyyə mayesi kimi fəaliyyət göstərir. Yəni tempratur balansı üçün məsuliyyəti məhz o daşıyır. Qış aylarında suyun donmasının qarşısını alır, yay aylarında isə mühərrikdə qızmanın qarşısını almağa kömək edir. Bir növ mühərrikdə balans yaradır və optimal işləməsinə yardım edir. Bundan əlavə:
Yəni antifriz nədir deyəndə, təkcə bir maye yox, mühərrikin təhlükəsizliyini təmin edən vacib bir qoruyucu sistem nəzərdə tutulur.
Daha çox köhnə model avtomobillər üçün daha uyğundur.
Müasir avtomobillərdə geniş istifadə olunur, uzunömürlüdür.
Bəzi Asiya istehsalı avtomobillər üçün tövsiyə edilir.
Rəng seçimində qərarsız olanlar üçün kiçik bir ipucu verək. Adətən avtomobil istehsalçısının göstərdiyi antifriz növünü istifadə etmək vacibdir. Yanlış seçim mühərrikdə çöküntü, paslanma və hətta nasazlığa səbəb ola bilər.
Antifriz zamanla öz xüsusiyyətlərini itirir, qoruyuculuğu azalır və metal hissələri paslanmaya qarşı zəiflədir. Əksər avtomobillər üçün antifrizin dəyişmə müddəti 2–3 ildən bir yaxud 40.000 – 60.000 km-dən sonra olur
Əgər radiator qapağını açanda rəng bulanıqdırsa, qoxu dəyişibsə və ya maye çirkli görünürsə, antifrizi dəyişdirmək vacibdir.
Antifrizi yoxlamaq üçün mühərrikin soyumasını gözləmək lazımdır. Radiator qapağını isti halda açmaq təhlükəlidir. Mühərrik soyuduqdan sonra:
Mühərrikiniz üçün uyğun antifriz seçmək uzunmüddətli qoruma baxımından çox vacibdir. Fərqli markaların antifriz növlərini müqayisə etmək və qiymətlərinə baxmaq istəyirsinizsə, Maşın.az üzərindən təqdim olunan məhsullara nəzər sala bilərsiniz. Burada həm rənglər, həm də texniki göstəricilər üzrə geniş seçim mövcuddur.
Telefon və ya e-poçt ilə daxil olun
Davam etməklə, avtomatik qeydiyyat və ya giriş edəcəksiniz
Göndərilən təsdiq kodunu daxil edin